
“Barselona” baş məşqçi Hans-Diter Flik ilə müqaviləni yeniləyəcək
Fins.az - İspaniyanın “Barselona” klubu baş məşqçisi Hans-Diter Flik ilə müqavilənin müddətini uzatmağı planlaşdırır. Klub prezidenti Joan Laporta bildirib ki, Fliklə yaxşı münasibət çox vacibdir və o, şəhərdə özünü evindəki kimi hiss edir. “Barselona” 61 yaşlı mütəxəssislə 2028-ci ilədək yeni müqavilə imzalamaq istəyir. Hazırda Flikin sözləşməsi mövsümün sonuna qədər qüvvədədir.