NATO-nun Baş katibi Trampla görüşüb

NATO-nun Baş katibi Trampla görüşüb

DİGƏR
253

Finss.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte Floridada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqlar aparıb.

"NATO-nun Baş katibi Mark Rütte ötən gün Palm-Biçdə (Florida) ABŞ-nin seçilmiş Prezidenti Donald Trampla görüşüb", - məlumatda bildirilib.

Açıqlamada qeyd olunub ki, D.Tramp və M.Rütte alyansın üzləşdiyi geniş spektrli qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər.

Bundan əlavə, M.Rütte və onun nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Uolts, həmçinin D.Trampın beynəlxalq məsələlər üzrə komandasının nümayəndələri ilə görüşüb. Tramp Mayk Uoltsu milli təhlükəsizlik üzrə müşaviri təyin etməyi qərara alıb.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
NATO-nun Baş katibi Trampla görüşüb — Fins.az