
“Napoli” Skott MakTomineyə yeni müqavilə təklif edəcək
Fins.az - İtaliyanın “Napoli” klubu aparıcı futbolçusu Skott MakTomineyə yeni müqavilə təklif etməyi planlaşdırır. Məqsəd yarımmüdafiəçinin sözləşməsini 2030-cu ilin yayınadək uzatmaqdır.
Əgər MakTominey təklifi qəbul edərsə, o, komandanın ən yüksək maaşlı oyunçusu olacaq. 29 yaşlı futbolçu 2024-cü ildən “Napoli”də çıxış edir, ötən mövsüm A Seriyası çempionluğu qazanıb və turnirin ən dəyərli oyunçusu seçilib. Bu mövsüm isə İtaliya çempionatında 6 qol vurub.