Milli Observatoriya dəftərxana və ofis malları alır

Milli Observatoriya dəftərxana və ofis malları alır

DİGƏR
239

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya dəftərxana və ofis mallarının satın alınması ilə bağlı kotirovka sorğusu elan edib.

Fins.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 4 min 516 manat təşkil edir. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 15 may, saat 17:00-dır.

Satınalma çərçivəsində noutbuk çantası, bloknot, qeyd kağızı, yapışqanlı qeyd kağızı, ağardıcı maye, mavi qələm və digər ümumilikdə 39 adda dəftərxana və ofis mallarının alınması nəzərdə tutulur.

Müsabiqədə iştirak haqqı 10 manat müəyyən edilib. İddiaçıların minimum sayı 3-dür.

Satınalma ilə bağlı bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə həyata keçiriləcək.

https://etender.gov.az/main/competition/detail/351244

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Milli Observatoriya dəftərxana və ofis malları alır — Fins.az — Fins.az