Mart ayı ərzində 19 aptekdə yoxlama aparılıb

Mart ayı ərzində 19 aptekdə yoxlama aparılıb

DİGƏR
524

Finss.az - Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən cari ilin mart ayı ərzində 19 aptekdə yoxlama aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri üzrə 8, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 17 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə isə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 7 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mart ayı ərzində 19 aptekdə yoxlama aparılıb — Fins.az — Fins.az