“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verəcək

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verəcək

DİGƏR
237

İngiltərənin “Mançester Yunayted” komandası gələn ilin yanvarında futbolçusu Antonini icarəyə verəcək.

Finss.az xəbər verir ki, bu mövsüm “qırmızı-şeytanlar”da əsas heyətə düşməkdə çətinlik çəkən 24 yaşlı hücumçunu müxtəlif klublar transfer etmək istəyir. Təklif göndərən komandalar arasında braziliyalı oyunçunun daha əvvəl çıxış etdiyi Niderland “Ayaks”ı da var.

Gənc futbolçu 2022-ci ilin yayında məhz Amsterdam təmsilçisindən 99 milyon avroya transfer edilib.

Qeyd edək ki, Antoni bu mövsüm “Mançester Yunayted”in forması ilə bütün turnirlər daxil olmaqla cəmi 4 matça çıxıb və 1 qolla yadda qalıb.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verəcək — Fins.az