“Mançester Siti” Milanın yarımmüdafiəçisi Teun Reindersin transferini rəsmiləşdirdi

“Mançester Siti” Milanın yarımmüdafiəçisi Teun Reindersin transferini rəsmiləşdirdi

DİGƏR
342

Finss.az - İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “Milan” komandasının yarımmüdafiəçisi Teun Reindersin transferini rəsmiləşdirib.

Klubun rəsmi mətbuat xidməti tərəfindən yayılan məlumatda bildirilir ki, 26 yaşlı futbolçu “şəhərlilər”lə 30 iyun 2030-cu ilədək müqavilə imzalayıb. Transferin şərtlərinə görə, “Mançester Siti” “Milan”a bonuslarla birlikdə ümumilikdə 70 milyon avro ödəyəcək. Sabit transfer məbləği isə 57 milyon avrodur. 

Qeyd edək ki, Reinders ötən mövsüm İtaliya A Seriyasında 37 oyunda çıxış edib, 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu transferlə “Mançester Siti” heyətini daha da gücləndirərək, gələcək mövsümlərdə böyük uğurlar qazanmaq məqsədini güdür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Mançester Siti” Milanın yarımmüdafiəçisi Teun Reindersin transferini rəsmiləşdirdi — Fins.az — Fins.az