Kredit mütəxəssis -VAKANSİYA

Kredit mütəxəssis -VAKANSİYA

DİGƏR
400

Fins.az xəbər verir ki, "AqrarKredit Səhmdar Kredit Təşkilatı"  baş ofisə "Kredit mütəxəssisi" vakansiyası elan edir.

İş barədə məlumat:

  • Kredit ərizələrini qəbul etmək, müştərilərin, zaminlərin (əgər mövcuddursa) və girovların (əgər mövcuddursa) təhlilini aparmaq
  • Kredit ərizələrini hazırlamaq və kredit komitəsinə baxılması üçün təqdim etmək
  • Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək
  • Kredit üzrə məlumatları düzgün şəkildə müştəri bazasına daxil etmək
  • Qanunvericilik, daxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək
  • Kredit qovluqlarının arxivləşdirilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək
  • Əmək haqqı razılaşma əsasında
  • AR Əmək Qanunveriliciyinə uyğun rəsmləşdirmə 

Namizədə tələblər:

  • Ali təhsil ( iqtisadi təhsil)
  • Kompüter bilikləri
  • Uyğun sahədə ən az 1 il iş təcrübəsi
  • Müştərilərlə işləmək qabiliyyəti
  • Riyazi biliklər
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı

Tələblərə uyğun olan namizədlər yalnız şəkilli CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

 

 

 

smm vakansiya , şöbə müdiri vakansiya, atəşgah sığorta vakansiya, begoc biznes mərkəzi vakansiya, satinalma vakansiya, kicik mutexessis vakansiya, kreditle mal qara, metak vakansiya, taksi buraxılış kartı, oba market vakansiya

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kredit mütəxəssis -VAKANSİYA — Fins.az