İsveç millisinin baş məşqçisi Qrem Potterin müqaviləsi 2030‑a qədər uzadılıb

İsveç millisinin baş məşqçisi Qrem Potterin müqaviləsi 2030‑a qədər uzadılıb

DİGƏR
381

Fins.az - İsveç millisinin baş məşqçisi Qrem Potterin müqaviləsinin müddəti uzadılıb. 50 yaşlı ingiltərəli mütəxəssislə yeni sözləşmə 2030-cu il iyulun 31-dək nəzərdə tutulub.

Potter yığmanı ötən ilin oktyabrından çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi iki oyunda İsveçrəyə məğlub olub, Sloveniya ilə heç-heçə edib.

İsveç millisi martın 26-da dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Ukrayna seçməsi ilə qarşılaşacaq. Qalib finalda Polşa və Albaniya duelinin güclüsü ilə üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...