İngiltərə Premyer Liqası tarixində ən erkən sarı vərəqə qeydə alınıb

İngiltərə Premyer Liqası tarixində ən erkən sarı vərəqə qeydə alınıb

DİGƏR
940

"Mançester Yunayted" klubunun futbolçusu Skott Maktominey İngiltərə Premyer Liqası tarixində qayda pozuntusunun dəqiq vaxtının qeydə alındığı 2006/2007 mövsümündən bəri ən erkən sarı vərəqəni alıb. 

Fins.az-ın məlumatına görə, bu, XIX turun "Nyukasl" komandası ilə ev oyununun 24-cü saniyəsinə təsadüf edib. Mançesterdəki "Old Trafford" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1. 23 yaşlı dayaq yarımmüdafiəçisi matçın gedişində dizindən zədə alaraq, meydanı qoltuq ağacı ilə tərk edib. 

Qeyd edək ki, Skott Maktominey bu mövsüm 21 oyunda 3 qol müəllifi olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İngiltərə Premyer Liqası tarixində ən erkən sarı vərəqə qeydə alınıb — Fins.az — Fins.az