İndiyədək 99.690 ədəd yeni nəsil NKA quraşdırılıb

İndiyədək 99.690 ədəd yeni nəsil NKA quraşdırılıb

DİGƏR
247

İqtidadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 99.690 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu barədə Finss.az Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

2024-cü ilin yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 271 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 1,2 milyard manat, yaxud 10,1 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İndiyədək 99.690 ədəd yeni nəsil NKA quraşdırılıb — Fins.az