
Günəşdə yeni ləkə qrupu aşkarlanıb
Fins.az - Günəşin Yerə görünən tərəfində yeni günəş ləkələri qrupu aşkar edilib.
Alimlər Günəşin görünən tərəfində 4378 nömrəli yeni günəş ləkəsi qrupunun meydana gəldiyini açıqlayıblar. Mütəxəssislərin sözlərinə görə, ləkə qrupu Günəşin sol kənarında ekvatorun yuxarı hissəsində yerləşir və parlaq plazma halqaları ilə müşahidə olunur. Son iki gündə Günəşdə mövcud olan dörd ləkə qrupu dörd zəif günəş alışmasına səbəb olub.