
Güləş üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Fins.az - Aprelin 20–26-da Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı keçiriləcək.
Bu yarışda iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə keçirilən görüşdə komanda üzvlərinə yüksək nəticələr üçün etimad göstərildiyi və mübariz əzmin vacibliyi vurğulanıb.
Yunan-Roma güləşi üzrə yığma turnirin ilk günlərində mübarizə aparacaq. Komandanı baş məşqçi Məhəmməd Bəna və məşqçilər heyəti idarə edəcək.
Heyətdə aşağıdakı güləşçilər yer alıb:
55 kq Rəşad Məmmədov, 60 kq Nihat Məmmədli, 63 kq Ziya Babaşov, 67 kq Həsrət Cəfərov, 72 kq Ruslan Nurullayev, 77 kq Sənan Süleymanov, 82 kq Qurban Qurbanov, 87 kq İslam Abbasov, 97 kq Murad Əhmədiyev, 130 kq Beka Kandelaki.