"Fitch Solutions” bu il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyib

"Fitch Solutions” bu il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyib

DİGƏR
447

"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyərək 2,6% müəyyən edib.

Fins.az şirkətə istinadən xəbər verir ki, FS 2025-ci ildə isə Azərbaycanda iqtisadi artım proqnozunu 3,3%-dən 2,8%-ə endirib, 2026-cı il üzrə 3,2%, 2027-ci il üzrə isə 3,1% iqtisadi artım müəyyən edib.

"Fitch Solutions” 2024-cü il üzrə nominal ümumdaxili məhsulun (ÜDM) 98,7 mlrd. dollara, 2025-ci ildə isə 107,7 mlrd. dollara, 2026-cı ildə 117,6 mlrd. dollara, 2027-ci ildə isə 128 mlrd. dollara çatacağını proqnozlaşdırıb.

"Daha güclü neft sektorundan əldə edilən mənfəət ev təsərrüfatlarının istehlakının 2023-cü ildəki 3.0%-dən illik 4.0%-ə yüksəlməsinə töhfə verəcək. İnflyasiyanın yavaşlaması və aşağı faiz dərəcələri də istehlakçı xərclərini gücləndirəcək" - "Fitch Solutions” qeyd edib.

FS əlavə edib ki, iqtisadi artımla bağlı əsas risk neftin qiymətinin dəyişməsidir. Bu amil şirkətin proqnozlarına da təsir göstərəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Fitch Solutions” bu il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyib — Fins.az