FIFA 2026 Dünya Çempionatı üçün yeni qaydaları açıqlayıb

FIFA 2026 Dünya Çempionatı üçün yeni qaydaları açıqlayıb

DİGƏR
311

Fins.az - FIFA 2026-cı il dünya çempionatında tətbiq olunacaq yeni qaydaları elan edib. Yeniliklər oyunun tempini artırmaq və vaxt itkisini minimuma endirmək məqsədi daşıyır.

Yeni qaydalara əsasən, futbolçuların əvəzlənməsi daha sürətli həyata keçiriləcək. Oyundan çıxan futbolçu maksimum 10 saniyə ərzində meydanı tərk etməlidir. Əks halda, onu əvəz edəcək oyunçu meydana daxil olmaq üçün 1 dəqiqə gözləyəcək və komanda həmin müddətdə azlıqda qalacaq.

Bundan əlavə, oyunun bərpası zamanı da vaxt məhdudiyyətləri tətbiq olunacaq. Aut atışları və qapıdan zərbələr 5 saniyə ərzində yerinə yetirilməlidir. Bu müddət pozularsa, top rəqib komandaya veriləcək.

Həmçinin, meydanda tibbi yardım alan futbolçu mütləq şəkildə oyundan kənarlaşdırılacaq və geri qayıtmaq üçün 1 dəqiqə gözləməli olacaq. Yalnız zədə sarı və ya qırmızı vərəqəyə səbəb olan qayda pozuntusu nəticəsində baş verərsə, bu qayda tətbiq edilməyəcək.FIFA 2026-cı il dünya çempionatında tətbiq olunacaq yeni qaydaları elan edib. Yeniliklər oyunun tempini artırmaq və vaxt itkisini minimuma endirmək məqsədi daşıyır.

Yeni qaydalara əsasən, futbolçuların əvəzlənməsi daha sürətli həyata keçiriləcək. Oyundan çıxan futbolçu maksimum 10 saniyə ərzində meydanı tərk etməlidir. Əks halda, onu əvəz edəcək oyunçu meydana daxil olmaq üçün 1 dəqiqə gözləyəcək və komanda həmin müddətdə azlıqda qalacaq.

Bundan əlavə, oyunun bərpası zamanı da vaxt məhdudiyyətləri tətbiq olunacaq. Aut atışları və qapıdan zərbələr 5 saniyə ərzində yerinə yetirilməlidir. Bu müddət pozularsa, top rəqib komandaya veriləcək.

Həmçinin, meydanda tibbi yardım alan futbolçu mütləq şəkildə oyundan kənarlaşdırılacaq və geri qayıtmaq üçün 1 dəqiqə gözləməli olacaq. Yalnız zədə sarı və ya qırmızı vərəqəyə səbəb olan qayda pozuntusu nəticəsində baş verərsə, bu qayda tətbiq edilməyəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FIFA 2026 Dünya Çempionatı üçün yeni qaydaları açıqlayıb — Fins.az — Fins.az