Dövlət Dəniz və Liman Agentliyində Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə görüş keçirilib

Dövlət Dəniz və Liman Agentliyində Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə görüş keçirilib

DİGƏR
175

Fins.az - Dövlət Dəniz və Liman Agentliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələri ilə görüş olub. Görüşdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin beynəlxalq əmək standartları və əmək hüququ üzrə mütəxəssisi Karlos Qarsiya Quzman və təşkilatın Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev iştirak ediblər. Müzakirələrə onlayn formatda qurumun Dəniz əməyi üzrə bölməsinin rəhbəri xanım Beatriz Vakotto da qoşulub.

Görüşdə Azərbaycanın BƏT-in 2006-cı il tarixli “Dənizdə Əməyə dair Konvensiya”sına (MLC) qoşulması istiqamətində atılan addımlar müsbət qiymətləndirilib. Ölkəmizə hüquqi bazanın təhlili, gəmilərin nəzarətini həyata keçirən müfəttişlərin təlimi, eləcə də sosial tərəfdaşların maarifləndirilməsi istiqamətində hüquqi-texniki dəstəyin göstərilməsi imkanları nəzərdən keçirilib.

Qonaqlara Agentliyin fəaliyyəti, azərbaycanlı dənizçilər, mövcud donanma və müvafiq sahə üzrə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin MLC-yə qoşulma istiqamətində digər ölkələrin təcrübələri və konvensiyaya edilən son dəyişikliklər diqqətə çatdırılıb və müvafiq tövsiyələr səsləndirilib.

Görüşdə dənizçilərin sosial rifahı və iş şəraitinin yaxşılaşdırılması, gəmilərin tərk edilməsi halları zamanı onların müdafiəsi, dövlət bayraq və liman nəzarəti yoxlamaları, Azərbaycanın dünya əmək bazarı üçün ixtisaslı dənizçilər hazırlaması barədə da fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Dəniz və Liman Agentliyində Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə görüş keçirilib — Fins.az — Fins.az