DÇ-2034-ün oyunları zamanı stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq

DÇ-2034-ün oyunları zamanı stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq

DİGƏR
381

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatı zamanı azarkeşlərə stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq.

Finss.az xəbər verir ki, FIFA yerli qanunvericiliyə zidd olduğu üçün mundial oyunlarında pivə satışını turnirin Təşkilat Komitəsi ilə müzakirə etmək fikrində deyil.

Ali futbol qurumu 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında yaranmış vəziyyətdən nəticə çıxarıb. Qurum həmin vaxt stadionlarda pivə satmaq hüququ əldə etsə də, sonradan Əl-Tani ailəsinin təzyiqi ilə icazə ləğv edilib.

Beləliklə, FIFA pivə istehsal edən şirkətə 40 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olub.

Qeyd edək ki, dekabrın 11-də DÇ-2034-ün Səudiyyə Ərəbistanında keçiriləcəyi təsdiqlənib.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
DÇ-2034-ün oyunları zamanı stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq — Fins.az