Bədavi Hüseynov: Meydana xal qazanmaq üçün çıxacağıq

Bədavi Hüseynov: Meydana xal qazanmaq üçün çıxacağıq

DİGƏR
305

"Turnir cədvəlinin son pilləsində qərarlaşmışıq. Ona görə də məsuliyyətimizi dərk edirik".

Finss.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov UEFA Avropa Liqasının əsas mərhələsində səfərdə Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirəcəkləri IV tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Müdafiəçi sabahkı matçda əllərindən gələni edəcəklərini bildirib: "Bizi sabah çox çətin oyun gözləyir. Rəqib müdafiədə balanslı mübarizə aparan komandadır. Meydana xal qazanmaq üçün çıxacağıq".

Qeyd edək ki, noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bədavi Hüseynov: Meydana xal qazanmaq üçün çıxacağıq — Fins.az