Bakıda şadlıq sarayının fəaliyyəti dayandırılıb

Bakıda şadlıq sarayının fəaliyyəti dayandırılıb

DİGƏR
307

Bakıda fəaliyyət göstərən “Səbinə” şadlıq sarayının fəaliyyəti dayandırılıb.

Fins.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən “Səbinə” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda şadlıq sarayının fəaliyyəti dayandırılıb — Fins.az — Fins.az