AZTV-də struktur dəyişiklikləri aparılır – bəzi şöbələr birləşdirilir

AZTV-də struktur dəyişiklikləri aparılır – bəzi şöbələr birləşdirilir

DİGƏR
353

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində struktur dəyişikliklərinə başlanılıb.

Fins.az xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də bəzi şöbələrin birləşdirilməsi istiqamətində islahatlar həyata keçirilir. Məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır.

Qurumdan bildirilib ki, dəyişikliklər həm administrativ, həm də yaradıcılıq istiqamətlərini əhatə edir. Aparılan islahatlar çərçivəsində bəzi şöbələr birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir.

Qeyd olunub ki, müasir dövrün tələbləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib və bu da media idarəetmə modelində yenilənməni zəruri edir.

Eyni zamanda vurğulanıb ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın təbliği kimi əsas istiqamətlər daha da gücləndiriləcək.

Qurumun açıqlamasına görə, aparılan dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunması hədəflənir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AZTV-də struktur dəyişiklikləri aparılır – bəzi şöbələr birləşdirilir — Fins.az — Fins.az