Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının dövriyyəsi 14,8% artıb

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının dövriyyəsi 14,8% artıb

DİGƏR
266

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 7 milyard 49,5 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,8% artıb. NKA-ların tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Hazırda ölkə üzrə 112.219 ədəd yeni nəsil NKA quraşdırılıb və onların istifadəsi ilə ticarət əməliyyatları daha səmərəli və nəzarət altında həyata keçirilir. Dövlət Vergi Xidməti qeyd edir ki, NKA-ların tətbiqi həm sahibkarların, həm də istehlakçıların maraqlarını qorumaqla, iqtisadiyyatın şəffaflığını artırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının dövriyyəsi 14,8% artıb — Fins.az — Fins.az