
Azərbaycanda may ayında ardıcıl istirahət günləri olacaq
2026-cı ilin may ayı üzrə qeyri-iş günləri müəyyənləşib.
Fins.az xəbər verir ki, təqvimə əsasən, 5 günlük iş rejimində çalışanlar üçün ay ərzində həftə sonları və rəsmi bayramlarla bağlı bir sıra istirahət günləri nəzərdə tutulub.
Belə ki, 2, 9, 16, 23 və 30 may tarixləri şənbə günlərinə təsadüf etdiyindən qeyri-iş günü hesab olunur. Eyni zamanda, bazar günləri olan 3, 10, 17, 24 və 31 may tarixləri də ənənəvi istirahət günləri kimi müəyyən edilib.
Bildirilib ki, 9 may – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar qeyri-iş günüdür. Həmin tarix şənbə gününə düşdüyündən 11 may əlavə istirahət günü kimi təyin olunub.
May ayının sonunda isə ardıcıl bayram günləri qeydə alınacaq. Belə ki, 27 may Qurban bayramı, 28 may isə həm Müstəqillik Günü, həm də Qurban bayramına təsadüf edir. Bununla əlaqədar olaraq, 29 may qeyri-iş günü kimi müəyyən edilib və iş günü rejimində dəyişiklik nəzərdə tutulub.
Qeyd edək ki, ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz tətili 1–5 may tarixlərini əhatə edəcək.