Azərbaycanda martın 30-na hava proqnozu

Azərbaycanda martın 30-na hava proqnozu

DİGƏR
464

Fins.az - Azərbaycanda martın 30-na gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda gecə 9–12° isti, gündüz 13–18° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunu, nisbi rütubət 70–80 % təşkil edəcək.

Rayonlarda isə bəzi yerlərdə arabir yağış yağacaq, dağlıq ərazilərdə qar gözlənilir. Ayrı-ayrı yerlərdə yağış intensiv ola, şimşək çaxa və dolu düşə bilər. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Havanın temperaturu gecə 8–11° isti, gündüz 15–20° isti, dağlarda gecə 3–7° şaxta, gündüz 2–3° isti olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda martın 30-na hava proqnozu — Fins.az — Fins.az