
Azərbaycanda icbari sığorta ödənişləri 21 faizdən çox artıb
Fins.az - Azərbaycanda cari ilin yanvar-aprel aylarında icbari sığorta növləri üzrə 92,213 milyon manat sığorta haqqı toplanıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz azalıb.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 21,3 faiz artaraq 53,71 milyon manata çatıb.
Beləliklə, 4 ay ərzində icbari sığorta bazarında toplanan hər 100 manat sığorta haqqına qarşılıq 58,2 manat ödəniş həyata keçirilib. Bir il əvvəl bu göstərici 32,4 manat olmuşdu.