Azərbaycanda fundamental və tətbiqi tədqiqatların dəyəri son 10 ildə 2,4 dəfə artıb

Azərbaycanda fundamental və tətbiqi tədqiqatların dəyəri son 10 ildə 2,4 dəfə artıb

DİGƏR
208

Fins.az - 2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən elmi müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilən işlərin ümumi dəyəri 230 milyon manatdan çox olub.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında məlumat verilib.

Hesabata əsasən, həyata keçirilən işlərin təxminən 98 faizini elmi-texniki işlər təşkil edib. Əvvəlki illə müqayisədə fundamental və tətbiqi tədqiqatların dəyəri 6,2 faiz artıb, son 10 il ərzində isə bu göstərici 2,4 dəfə yüksəlib.

Eyni zamanda, tədqiqat işlərinə çəkilmiş daxili xərclər əvvəlki illə müqayisədə 2,1 dəfə artaraq 262,5 milyon manat təşkil edib.

Fundamental və tətbiqi tədqiqatlara çəkilmiş cari xərclərin sahələr üzrə bölgüsünə gəlincə:

  • 35,3% təbiət elmlərinə,

  • 32,9% humanitar və ictimai elmlərə,

  • 18,3% texnika elmlərinə,

  • 7,6% tibb elmlərinə,

  • 5,9% isə aqrar elmlərə yönəldilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda fundamental və tətbiqi tədqiqatların dəyəri son 10 ildə 2,4 dəfə artıb — Fins.az — Fins.az