Azərbaycan filminin GALA gecəsi keçirilib

Azərbaycan filminin GALA gecəsi keçirilib

DİGƏR
361

“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında romantik komediya janrında olan “Evdə Qalmış 2” Azərbaycan filminin qala gecəsi baş tutub.

Finss.az xəbər verir ki, tədbirdə tanınmış şəxslər, ictimai xadimlər, jurnalistlər və blogerlər iştirak ediblər.

Filmin quruluşçu rejissoru və baş prodüseri Valeh Əhmədov, ssenari müəllifləri Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Türkan Mehtiyeva, quruluşçu operatoru isə Babək Pourfarddır.

Rollarda Azərbaycanın xalq artisti Həmidə Ömərova və Fatma Mahmudova, Əməkdar artist Sənubər İsgəndərli və Mehriban Xanlarova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Kənan Yusifov, Sanura Cəfərova, Nigar Alibek, Elçin Məmmədli, Rüstəm Rüstəmli iştirak edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan filminin GALA gecəsi keçirilib — Fins.az