Azərbaycan Dünya Kubokunda 4 güllə atıcısı ilə təmsil olunacaq

Azərbaycan Dünya Kubokunda 4 güllə atıcısı ilə təmsil olunacaq

DİGƏR
378

Fins.az - İspaniyanın Qranada şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın güllə atıcıları müəyyənləşib. Turnirdə ölkəmizi 4 idmançı təmsil edəcək.

Yığmanın heyətində Xanna Əliyeva, Vladislav Kalmıkov, Ruslan Lunyov və Nigar Nəsirova yer alıblar. Onlar həm fərdi çıxış, həm də qarışıq komanda yarışında qüvvələrini sınayacaqlar.

50-dən çox ölkədən idmançıların mübarizə aparacağı Dünya Kuboku 5–13 aprel tarixlərində təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Dünya Kubokunda 4 güllə atıcısı ilə təmsil olunacaq — Fins.az — Fins.az