Azərbaycan 40 milyon ABŞ dollarına yaxın dəyərində mebel və onun hissələrini idxal edib

Azərbaycan 40 milyon ABŞ dollarına yaxın dəyərində mebel və onun hissələrini idxal edib

DİGƏR
430

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 39 milyon 955,47 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə 5 milyon 371,41 min ABŞ dolları və yaxud 11,85 % azdır.

Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,73 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan 40 milyon ABŞ dollarına yaxın dəyərində mebel və onun hissələrini idxal edib — Fins.az