Ayaz Əliyev iqtisadiyyat nazirinin yeni müşaviri oldu

Ayaz Əliyev iqtisadiyyat nazirinin yeni müşaviri oldu

DİGƏR
1,089

Finss.az - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində yeni struktur dəyişiklikləri çərçivəsində kadr təyinatları baş tutub.

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin olunmazdan əvvəl iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb. E.Camalov 2009-cu ildən nazirlikdə müxtəlif vəzifələrdə fəaliyyət göstərib, 2022–2024-cü illərdə İqtisadi siyasət şöbəsinin müdiri olub. 2020-ci ildə dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Bununla yanaşı, Ayaz Əliyev iqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin edilib. O, 2001–2008-ci illərdə Vergilər Nazirliyində, 2008-ci ildən isə İqtisadiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Təyinatlarla bağlı rəsmi məlumat İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ayaz Əliyev iqtisadiyyat nazirinin yeni müşaviri oldu — Fins.az — Fins.az