Avropa 70 mld. avro itkisi ilə üzləşə bilər

Avropa 70 mld. avro itkisi ilə üzləşə bilər

DİGƏR
401

Finss.az - Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar, Ukrayna ərazisi vasitəsilə Rusiya qazının tranzitinin bərpa olunmaması vəziyyətində Avropanın 70 milyard avro qədər itki verə biləcəyini bildirdi. 

Vitse-spiker, tranzitin dayandırılmasının yalnız Slovakiyaya deyil, bütün Avropa İttifaqına ciddi iqtisadi təsir göstərə biləcəyini vurğulayıb. O, Ukrayna prezidenti Vladimir Zelenskinin qərarlarını impulsiv şəkildə qəbul etməsini tənqid edərək, bu cür qərarların regionda iqtisadi problemləri daha da dərinləşdirə biləcəyini qeyd edib.

Slovakiya, qaz tranzitinin dayandırılmasına son dərəcə mənfi yanaşır və mümkün cavablardan biri olaraq Avropa Komissiyasının Ukraynaya maliyyə yardımı ilə bağlı qərarlarına veto qoymağı nəzərdən keçirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa 70 mld. avro itkisi ilə üzləşə bilər — Fins.az