ASCO tankerləri ilə daşınan “Tengiz” və “Kaşağan” neftinin həcmi açıqlanıb

ASCO tankerləri ilə daşınan “Tengiz” və “Kaşağan” neftinin həcmi açıqlanıb

DİGƏR
336

Fins.az - Qazaxıstan neftinin Azərbaycan üzərindən tranziti layihəsi çərçivəsində indiyədək ümumilikdə 2 milyon 85 min 729,243 ton xam neft ASCO-nun tanker donanması ilə daşınıb.

ASCO-dan bildirilib ki, bu həcmin 1 milyon 962 min 983,243 tonu “Tengiz”, 122 min 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür. Son daşımalar arasında 12 mart 2026-cı ildə “Prezident Heydər Əliyev” tankeri Aktau limanından 9 min 326 ton “Tengiz” neftini “Azərtrans” Səngəçal istiqamətinə uğurla daşıyıb.

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunaraq dünya bazarlarına çıxarılması davam edir. “Tengiz” neftinin ilk partiyası 23 mart 2023-cü ildə, “Kaşağan” neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Bakıya çatdırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ASCO tankerləri ilə daşınan “Tengiz” və “Kaşağan” neftinin həcmi açıqlanıb — Fins.az — Fins.az