1300-ə yaxın vətəndaşımız Türkiyədə işləməyə icazə alıb

1300-ə yaxın vətəndaşımız Türkiyədə işləməyə icazə alıb

DİGƏR
116

2014-cü ildə Türkiyədə işləmək üçün icazə almış Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. Bu barədə fins.az türk mətbuatına istinadən xəbər verir. Türkiyənin Məşğulluq və Sosial Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, ötən il bu ölkədə işləmək üçün 48 min xarici vətəndaşa icazə verilib. Bunun isə 3%-ə yaxın hissəsini və yaxud 1274 nəfərini azərbaycanlılar təşkil edib.
İş icazəsi Türkiyədə konkret işi olanlara, əvvəlcə 1 il müddətinə verilir. Daha sonra icazənin müddəti daha 2 il artırılır. 3 illik müddət başa çatdıqdan sonra əlavə olaraq 3 il müddətinə xarici vətəndaşa Türkiyədə işləməyə icazə verilir. Yerli vətəndaşlarla ailə qurmuş əcnəbilər üçün isə iş icazəsinin müddəti 5 il ola bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
1300-ə yaxın vətəndaşımız Türkiyədə işləməyə icazə alıb — Fins.az — Fins.az