Yaxın Şərqdəki münaqişə Bosniyada turizmə təsir edə bilər

Yaxın Şərqdəki münaqişə Bosniyada turizmə təsir edə bilər

BİZNES
453

Fins.az - Bosniya və Herseqovinaya turist axını Yaxın Şərqdəki münaqişə fonunda Fars körfəzi ölkələrindən birbaşa reyslərin ləğv edilməsi səbəbindən 20%-ə qədər azala bilər.

Balkan bürosunun məlumatına görə, bunu Sarayevo kantonunun Turizm Təşkilatının rəhbəri Haris Fazlagić bildirib.

Onun sözlərinə görə, Sarayevo ilə Fars körfəzi ölkələri arasında həyata keçirilən bütün aviareyslər dayandırılıb və bu vəziyyət ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir.

Fazlagić qeyd edib ki, əvvəllər Sarayevodan Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə birbaşa uçuşlar həyata keçirilirdi. Hazırda isə bu reyslərin hamısı müvəqqəti olaraq dayandırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaxın Şərqdəki münaqişə Bosniyada turizmə təsir edə bilər — Fins.az — Fins.az