Xocasəndə yeni yaşayış məhəlləsi tikiləcək

Xocasəndə yeni yaşayış məhəlləsi tikiləcək

BİZNES
1,339

Bakı şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki infrastrukturu olan 810 ailə üçün yeni yaşayış məhəlləsi tikiləcək.

Fins.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məhəllənin layihələndirilməsini “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna tapşırıb.

Bağlanmış müqavilənin mənləği 723 min 497 manatdır.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi üçün fevralın əvvəlində tender elan etmişdi.

© Marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xocasəndə yeni yaşayış məhəlləsi tikiləcək — Fins.az — Fins.az