Xəzər regionunda “yaşıl” enerji dəhlizləri formalaşır və AİB bu prosesin fəal dəstəkçisidir - Sunniya Durrani-Camal

Xəzər regionunda “yaşıl” enerji dəhlizləri formalaşır və AİB bu prosesin fəal dəstəkçisidir - Sunniya Durrani-Camal

BİZNES
515

Fins.az - Xəzər regionunda “yaşıl” enerji dəhlizləri formalaşır və Asiya İnkişaf Bankı (AİB) bu prosesin fəal dəstəkçisidir.

AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən Cənub Qaz Dəhlizi və “Yaşıl” Enerji üzrə Məşvərət Şuralarının iclasında bildirib ki, AİB dənizdə külək enerjisinin inkişafına töhfə verir, regional ötürmə şəbəkələrini və ölkələrarası enerji bağlantılarını dəstəkləyir, həmçinin elektrik şəbəkələrinin rəqəmsallaşdırılması və modernləşdirilməsini təşviq edir.

O qeyd edib ki, bu səylər fərdi təşəbbüslər deyil, sistemli transformasiyanın tərkib hissəsidir:

“Bərpa olunan enerji mənbələrinin genişmiqyaslı inteqrasiyası üçün elektrik şəbəkələri gücləndirilir və ‘yaşıl’ enerjinin ixracı üçün yeni marşrutlar yaradılır. Gələcək yol praqmatizm, koordinasiya və uzunmüddətli baxış tələb edir. İnvestisiyalar həm sabitliyi təmin etməli, həm də gələcək karbonsuzlaşdırmanı dəstəkləməlidir.”

Sunniya Durrani-Camal əlavə edib ki, AİB transformasiya prosesində balanslaşdırılmış, dayanıqlı və uzunmüddətli enerji sistemlərinin inkişafına töhfə verərək etibarlı və sadiq tərəfdaş olaraq qalmağa hazırdır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xəzər regionunda “yaşıl” enerji dəhlizləri formalaşır və AİB bu prosesin fəal dəstəkçisidir - Sunniya Durrani-Camal — Fins.az — Fins.az