Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri 38% artıb

Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri 38% artıb

BİZNES
755

2023-cü ilin yanvar-mart aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 551,9 mln. manatlıq əməliyyat aparıblar.

Bu barədə Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir. Məlumata görə, bu da illik müqayisədə 0,4% çoxdur.

Qeyd edək ki, 2022-ci ilin yanvar-mart aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 549,8 mln. manat təşkil edib.

Təkcə bu ilin mart ayında isə əcnəbilərin bank kartları vasitəsilə əməliyyatları 38% artaraq 218,1 mln. manata yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri 38% artıb — Fins.az — Fins.az