Xarici ticarət kəsiri illik bazda azalıb - TÜRKİYƏ

Xarici ticarət kəsiri illik bazda azalıb - TÜRKİYƏ

BİZNES
360

Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi ilə əməkdaşlıqda ümumi ticarət sistemi çərçivəsində çıxarılan müvəqqəti xarici ticarət məlumatlarını açıqlayıb.

Fins.az xəbər verir ki, 2024-cü ilin mart ayında ixrac əvvəlki ilin eyni ayına görə 4,1% azalaraq 22 milyard 571 milyon dollara, idxal isə 6,3% azalaraq 29 milyard 912 milyon dollara çatıb.

Ümumi ticarət sisteminə görə, 2024-cü ilin yanvar-mart dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 63 milyard 603 milyon dollara, idxal isə 12,8 faiz azalaraq 83 milyard 945 milyon dollara çatıb. 

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xarici ticarət kəsiri illik bazda azalıb - TÜRKİYƏ — Fins.az — Fins.az