"WhatsApp"dan istifadə edənlərə XƏBƏRDARLIQ - İndi də...

"WhatsApp"dan istifadə edənlərə XƏBƏRDARLIQ - İndi də...

BİZNES
1,849

Son ayda milyonlarla istifadəçini itirən "WhatsApp" messenceri vasitəsilə yeni virus yayılır.

Fins.az-ın məlumatına görə, bu barədə "Ciberay" xəbərdarlıq edib.

Mobil telefonun Android əməliyyat sistemi üçün zərərli olan virus özünü “Huawei Mobile” aplikasiyası kimi təqdim edir.

Virus link şəklində istifadəçilərə göndərilir. Linkə basdıqda “Google Play Store”a bənzər sayt açılır və zərərli proqram telefona yüklənməyə başlayır.

Qeyd olunur ki, bu virusdan daha çox reklam və yalançı abunə üçün istifadə edilir.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"WhatsApp"dan istifadə edənlərə XƏBƏRDARLIQ - İndi də... — Fins.az — Fins.az