“WhatsApp”da yeni funksiya aktivləşir

“WhatsApp”da yeni funksiya aktivləşir

BİZNES
1,124

WhatsApp” tezliklə yeni funksiyasını aktivləşdirəcək.

Fins.az-ın xəbərinə görə, tətbiqdə “qaranlıq rejim” fəaliyyəti aktivləşəcək.

Məlumatda yeni funksiyanın tətbiqi ilə bağlı rəsmi xəbər olmadığı bildirilib.

Lakin “WaBetaInfo” saytının yayımladığı məlumatda bildirilir ki, “qaranlıq rejim” artıq “Android” istifadəçiləri üçün “WhatsApp” tətbiq yeniləməsinə daxil edilib.

Qeyd edək ki, noyabrın sonlarında “Facebook” “Android” əməliyyat sisteminin bəzi istifadəçiləri üçün “qaranlıq rejim” tətbiq edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“WhatsApp”da yeni funksiya aktivləşir — Fins.az — Fins.az