Vüqar Bayramov: Tiflis Bakının bu şirkəti ilə sazişi pozsa...

Vüqar Bayramov: Tiflis Bakının bu şirkəti ilə sazişi pozsa...

BİZNES
1,083

Gürcüstan razılaşmaya xələl gətirəcək addım atsa, şübhəsiz, bu, onun imicinə ziyan vuracaq. Eyni zamanda, böyük miqdarda təzminat ödəməli olacaq.

Bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Gürcüstanın “Kavkazus Onlayn” şirkətinin Kommunikasiya Komissiyasının izni olmadan öz payını Azərbaycanın NEQSOL şirkətinə satması səbəbindən 270.000 lari cərimə edilməsi haqda danışarkən deyib. O bildirib ki, bir müddət öncə bənzər bir hadisə Baltik ölkələri arasında da yaşanmışdı:

“Yəni bu kimi halları son illərdə tez-tez müşahidə edirik. Azərbaycanın NEQSOL şirkəti “Kavkazus Onlayn” şirkətinin səhmlərinin 100%-ni 60milyon dollardan çox pul ödəyərək alıb. Lakin görünür, Gürcüstan hökuməti həmin bu alğı-satqını müəyyən səbəblərdən təsdiq etməyib. Belə olduqda Azərbaycan şirkətinin məsələni beynəlxalq məhkəməyə qədər qaldırmaq hüququ var. Çünki bu yolla həm ödədiyi 60 milyon dolları, həm də dəyən ziyan məbləğində əlavə təzminat ala bilər.

Ümumiyyətlə, tərəflər ilk növbədə tender və müqavilə şərtlərinə baxmalı, öhdəlikləri bir daha nəzərdən keçirməlidirlər. Məhz bundan sonra problemin əsas səbəbi aydınlaşa bilər. Əgər tərəflər dialoq yolu ilə razılaşmasa, bu zaman hüquqi yollara əl atmaq ən məqbul olacaq”.

Qeyd edək ki, Gürcüstanın “Kavkazus Onlayn” şirkəti səhmlərini Azərbaycanın NEQSOL kompaniyasına satdığı üçün 270.000 lari cərimə edilib və sentyabrın 20-nə qədər aksiyaları əvvəlki vəziyyətinə qaytarmaq tələbi qoyulub.

“Kavkazus Onlayn” şirkətinin səhmlərinin Azərbaycan şirkəti tərəfindən alınması olduqca mühüm strateji addımdır. Təsadüfü deyil ki, bu alğı-satqıdan sonra Ermənistanda panika başlayıb

(c)axar

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vüqar Bayramov: Tiflis Bakının bu şirkəti ilə sazişi pozsa... — Fins.az — Fins.az