
VTB Çində QR-kodla ödəniş xidmətini istifadəyə verib
Fins.az - VTB Bank Çində QR-kod vasitəsilə ödəniş xidmətini istifadəyə verib.
Bankın məlumatına görə, xidmət VTB Online tətbiqi üzərindən çalışır və ölkə üzrə milyonlarla ticarət nöqtəsində istifadə oluna bilər.
Ödənişlər rublla həyata keçirilir, məbləğ isə avtomatik olaraq yuana çevrilir. Əməliyyat üçün komissiya tutulmur.
Bir əməliyyat üzrə maksimum məbləğin 70 min rubl olduğu bildirilir.