
Vergi Xidməti “Lido” restoranında qanun pozuntusu AŞKARLADI
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iyunun 24-də Binəqədi qəsəbəsi, Mustafa Kamal Atatürk prospekti 69 ünvanda yerləşən Qarayev Amal Veyis oğluna məxsus “Lido” restoranında operativ vergi nəzarəti tədbiri keçirilib.
Fins.az xəbər verir ki,nəzarət tədbiri zamanı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, nağd ödəmələr zamanı nəzarət kassa aparatına çek vurulmadığı kimi hallar müəyyən edilib.
Aparılan araşdırmalar zamanı 35 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilib. Fiziki şəxs aşkar edilmiş faktlarla bağlı izahat verməkdən imtina edib və əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçilərin izahat verməsinə mane olub. Nəzarət tədbirini həyata keçirən Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən fiziki şəxs Qarayev Amal Veyis oğlu barədə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyati üzrə Binəqədi rayon məhkəməsinə göndərilib.
Eyni zamanda, “Lido” restoranında karantin qaydalarının pozulduğu və toy mərasiminin keçirilməsi faktı da müəyyən edilib. Binəqədi rayon polis idarəsi tərəfindən fiziki şəxs və qonaqlar barədə karantin qaydalarının pozulması haqqında protokollar tərtib edilib.
Müəllif:Aynur Qəniyeva