Vergi proqnozuna 123,7 % əməl edilib

Vergi proqnozuna 123,7 % əməl edilib

BİZNES
661

2021-ci ilin yanvar-avqust ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətindən Fins.az-a bildirilib ki, cari ilin səkkiz ayında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vergi proqnozuna 123,7 % əməl edilib — Fins.az — Fins.az