Vergi ödəyicisi malların alışı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilər? -QAYDA

Vergi ödəyicisi malların alışı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilər? -QAYDA

BİZNES
909

ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisi riskli vergi ödəyicisindən riskli əməliyyat çərçivəsində Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə malların alğı-satqısını həyata keçirib. Malları qəbul edən vergi ödəyicisi malların alışı zamanı Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vergi ödəyicisi malların alışı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilər? -QAYDA — Fins.az — Fins.az