Uber Türkiyənin Trendyol GO şirkətinin səhmlərinin böyük hissəsini 700 milyon dollara alacaq

Uber Türkiyənin Trendyol GO şirkətinin səhmlərinin böyük hissəsini 700 milyon dollara alacaq

BİZNES
663

Amerikanın “Uber Technologies” şirkəti Türkiyənin “Trendyol Group” şirkəti ilə “Trendyol GO” çatdırılma xidmətinin 85%-ni təxminən 700 milyon dollara almaq üçün müqavilə imzalayıb.

Finss.az xəbər verir ki, Uber-in ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamaya görə, lazımi icazələrin alınması şərti ilə əməliyyatın tamamlanması 2025-ci ilin ikinci yarısına planlaşdırılır.
Trendyol Go, Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan Trendyol Group-un bir hissəsi olan qida çatdırılması xidmətidir. Trendyol Qrupunun əksəriyyəti Çin internet nəhəngi Alibaba Group Holdinqə məxsusdur.

Uber Technologies səhmləri çərşənbə axşamı ticarətdə 0,1% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 41,8% artaraq 178,66 milyard dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Uber Türkiyənin Trendyol GO şirkətinin səhmlərinin böyük hissəsini 700 milyon dollara alacaq — Fins.az — Fins.az