Türkiyənin kakao ixracı rekord həddə çatdı

Türkiyənin kakao ixracı rekord həddə çatdı

BİZNES
299

Fins.az - Kakao əsasən dünyada Cənubi Amerika və Afrika qitələrində yetişdirilir. Türkiyədə isə kakao istehsalı əsasən hobbi səviyyəsində yeni-yeni sınaqdan keçirilir və əsasən Aralıq dənizi regionunda yetişdirilməsi üzərində təcrübələr aparılır. Kakao isə xüsusilə şokolad istehsalı başda olmaqla qida sənayesində mühüm xammal hesab olunur.

Türkiyə kakao ticarətini iki formada – xammal və emal olunmuş məhsul kimi həyata keçirir. Kakao ölkədə emal edilərək hazır məhsula çevrilir və daha sonra xarici bazarlara ixrac olunur.

Türkiyə Statistika İnstitutu (TÜİK) məlumatına görə, ölkənin kakao ixracı son illərdə sürətlə artıb:

  • 2021 – 775 milyon 496 min dollar

  • 2022 – 942 milyon 577 min dollar

  • 2023 – 1 milyard 20 milyon 668 min dollar

  • 2024 – 1 milyard 127 milyon 346 min dollar

  • 2025 – 1 milyard 664 milyon 947 min dollar

Beləliklə, 2021–2025-ci illər ərzində kakao ixracı 114,7% artıb və bu dövrdə Türkiyənin ümumi kakao ixracı 5,5 milyard dolları keçib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyənin kakao ixracı rekord həddə çatdı — Fins.az — Fins.az