Türkiyədən Azərbaycana lalə ixracı

Türkiyədən Azərbaycana lalə ixracı

BİZNES
938

Türkiyənin Konya bölgəsində 170 min kvadrat metr sahədə yetişdirilən 25 milyon lalə Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran başda olmaqla 12 ölkəyə ixrac edilir.

Türkiyə mətbuatı xəbər verir ki, əsrlər əvvəl Orta Asiyadan Anadoluya gətirilən lalə indi də həyatını bu torpaqlarda davam edir. Avropalıların Osmanlı İmperiyası vasitəsilə tanış olduqları və "Tulipa" adlandırdığı lalə yenidən Anadoludan Avropaya səyahətini davam etdirir.

İqlim, torpaq quruluşu, günəş və su kimi təbii sərvətlərdən əlavə, əlverişli qış şərtlərinin olması Konyanı dənli bitkilərdən başqa bəzək bitkiləri istehsalı üçün də cəlbedici edir.

Şəhər mərkəzindən 50 kilometr məsafədə, Karatay ilçəsinin İsmil məhəlləsində yerləşən “Asya” şirkətinin istehsal etdiyi 40 növ lalənin yetişdirildiyi tarladan hər il ölkənin dörd bir yanına lalə göndərilir. Bundan əlavə, şirkətin istehsal etdiyi lalələr 12 ölkədən özünə alıcı tapır.

Şirkətin mühəndisi Ramazan Kılıç mətbuata açıqlamasında 25 ildir lalə yetişdirdiklərini söyləyib.

O, bildirib ki, təsərrüfatdakı lalələrin 80 faizi yerli alıcılara, xüsusən bələdiyyələrə göndərilir: "Məhsulumuzun qalan 20 faizini 12 ölkəyə ixrac edirik. Əsasən şərq ölkələrinə göndəririk. Türkmənistan, İraq, Azərbaycan, Qazaxıstan və İran ən çox məhsul satdığımız ölkələrdir. Bundan əlavə, Bolqarıstan və Rumıniya kimi Avropanın bəzi ölkələrinə də lalələr satırıq ", -Kılıç vurğulayıb.

(c)Virtualaz

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədən Azərbaycana lalə ixracı — Fins.az — Fins.az