Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

BİZNES
1,311

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 42 şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 şirkət azdır.

Bu barədə Türkiyənin Ticarət-Sənaye Palatasından bildiriblər.

Qeyd edilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı 5,249 milyon lirə təşkil edib. 2019-cu yanvar-aprel aylarında bu göstərici 11,755 milyon lirə olub.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan kapitalı ilə 35 şirkət İstanbulda qeydə alınıb. Bu şirkətlərin ümumi kapitalı 4,051 milyon lirə təşkil edib.

2020-ci ilin yanvaar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 4 sənaye, 2 tikinti, 19 topdan və pərakəndə ticarət, 2 turizm və 2 daşınmaz əmlak şirkəti qeydiyyata alınıb. Azərbaycan kapitalı ilə 13 şirkət iqtisadiyyatın digər sahələri üzrə qeydiyyatdan keçib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınmışdı. Bu, əvvəlki illə müqayisədə bir şirkət çox olub.

(c)trend

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb — Fins.az — Fins.az