TotalEnergies, SOCAR və XRG “Abşeron” yatağında uzunmüddətli əməkdaşlıq edir

TotalEnergies, SOCAR və XRG “Abşeron” yatağında uzunmüddətli əməkdaşlıq edir

BİZNES
535

Fins.az - “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlər davam edir.

Bu fikirləri "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Opizzi Martina Opizzi Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında səsləndirib.

O, bildirib ki, “Abşeron” yatağı TotalEnergies, SOCAR və XRG arasında uzunmüddətli əməkdaşlığın nümunəsidir. Yataq 45–450 metr dərinlikdə yerləşir, hasilata 2023-cü ilin iyul ayında başlanılıb və istehsal ilk gündən etibarlı və təhlükəsiz şəkildə davam edir.

Opizzi ikinci mərhələnin iki əsas komponentdən ibarət olduğunu qeyd edib. Birinci komponent üç sualtı quyunun qazılması və 114 km uzunluğunda çoxfazalı dəniz boru kəmərlərinin çəkilməsini əhatə edir. İkinci komponent isə qazın həm daxili, həm də beynəlxalq bazarlara tədarükü üçün quruda emal qurğusunun tikintisidir.

O əlavə edib ki, bu layihə Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə və regionda etibarlı qaz tədarükçüsü kimi rolunun güclənməsinə töhfə verəcək.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TotalEnergies, SOCAR və XRG “Abşeron” yatağında uzunmüddətli əməkdaşlıq edir — Fins.az — Fins.az