
TMH Vyetnam bazarına marağını qoruyur
Fins.az - “Transmaşholdinq” (TMH) şirkəti Vyetnam bazarına marağını saxlamaqda davam edir. Bu barədə şirkətin rəhbəri Kirill Lipa beynəlxalq nəqliyyat-logistika forumu çərçivəsində açıqlama verib.
Onun sözlərinə görə, hazırkı şəraitdə şirkət yeni bazarlara aktiv çıxış planlaşdırmır və əsas diqqətini qlobal vəziyyətin izlənilməsinə yönəldib.
Qeyd edək ki, bir il əvvəl də TMH rəhbərliyi Vyetnam bazarına maraq göstərdiyini bildirmişdi. Həmin dövrdə şirkətin bu ölkədə konkret layihələri olmasa da, Vyetnamda metro sisteminin ikinci xəttinin tikintisi planlaşdırılırdı.